Mark Ebola virusu ilə mübarizəyə 25 milyon dollar ayırıb

Mark Ebola virusu ilə mübarizəyə 25 milyon dollar ayırıb

"Facebook" sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq və onun həyat yoldaşı Prinsilla Çan Ebola xəstəliyi ilə mübarizəyə 25 milyon dollar ayırıblar. SİA-nın xəbərinə görə, şəbəkənin sahibi deyib ki, ən qısa zamanda xəstəliyin yayılmasını nəzarət altına almalıdırlar.

M. Zukerberqin sözlərinə görə, əks halda virus səhiyyə sahəsində uzunmüddətli dünya böhranına səbəb ola bilər ki, onunla da mübarizə üçün QİÇS və ya poliomielit kimi onilliklər lazım olacaq: "Ayrılan vəsaitlər qısa müddət ərzində ekspertlərin epidemiyanın qarşısının alınmasına yönələn işini sürətləndirə bilər".

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, Qərbi Afrika ölkələrində virus qurbanlarının sayı 4447 nəfərə çatıb, 8,9 min nəfər isə bu xəstəliyə yoluxub. Daha çox ölüm halları üç ölkədə- Liberiya, Sierra Leone və Qvineyada qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə