Kiyev yenidən alovlanır

Nümayişçilər Ali Radada İkinci Dünya müharibəsi vaxtı iki ziddiyyətli müqavimət təşkilatını – Ukrayna Millətçiləri Təşkilatının və Ukrayna Üsyançılar Ordusunun milli qəhrəmanlar elan edilməsi haqda qanun layihəsini gündəliyə salınmasını tələb edirlər.

Ukrayna mətbuatının yazdığına görə, nümayişçilər polisə Molotov kokteyli atıblar.

Bəzi məlumatlara görə, nümayişçilər arasında millətçi Azadlıq partiyasının nümayəndələri olub. Toqquşmalardan sonra 50-dək adam saxlanıb.

Ukrayna Üsyançılar Ordusu 1942-1945-ci illərdə Sovet Ordusuna və Almaniyaya qarşı, müharibədən sonra isə Sovet hakimiyyətinə qarşı vuruşub.

Bütün xəbərlər Facebook səhifəmizdə