Obama ilə Holland İŞİD və Ebola məsələsini müzakirə edib

Obama ilə Holland İŞİD və Ebola məsələsini müzakirə edib

Amerika Birləşmiş Ştatları prezidenti Obama ilə Fransa prezidenti Holland İŞİD terror təşkilatı və Ebola virusunu müzakirə edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Fransanın Elise Sarayından verilən açıqlamada prezident François Holland ilə ABŞ lideri Barak Obama arasında telefon söhbəti olub. İki liderin söhbəti zamanı Ebola ilə mübarizədə beynəlxalq toplum və Avropa Birliyi, NATO və Dünya Səhiyyə Təşkilatı ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində hərəkətə keçmənin lazım olduğu vurğulanıb. Holland söhbəti müddətində Qvineyanın Fransadan yeni Ebola müalicə mərkəzi tələbinin yerinə yetiriləcəyini bildirib. Fransa prezidenti virusdan əziyyət çəkən bölgələrdən gələn uçuşlar istiqamətində nəzarətin ələ alınmasının planlandığını ifadə edib.

Hər iki lider terror qruplaşması İŞİD ilə mübarizədə qərarlı olduqlarını ifadə edərək, Suriyadakı müxaliflərə verilən dəstəyin artırılması məsələsində həmfikir olduqlarını bildirib. Bundan başqa, İraqdakı yeni hakimiyyətə və İŞİD ilə mübarizə aparan mühafizəçilərə olan dəstəklərini bundan sonra da davam etdirəcəklərini deyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə