"PKK terror təşkilatıdır və bu mövqeyimiz dəyişməz qalacaq"

"PKK terror təşkilatıdır və bu mövqeyimiz dəyişməz qalacaq"

Almaniyanın daxili işlər naziri Tomas De Mezyer "ARD" televiziya kanalına müsahibəsində deyib ki, "İraq və Şam İslam Dövləti" terror qruplaşmasının Suriyanın Kobani şəhərini tutması bəhanəsi ilə Almaniyada milli və dini zəmində qarşıdurma yaradılması cəhdlərində PKK-nın rolu var.
Türkiyə KİV-lərinin "ARD"a istinadən yaydığı məlumata görə, nazir bildirib ki, PKK terror təşkilatıdır və bu mövqeyimiz dəyişməz qalacaq. Tomas De Mezyer deyib ki, bəzi Avropa ölkələrinin PKK-nı terror təşkilatları siyahısından çıxarmaq təklifləri Almaniya tərəfindən heç zaman dəstəklənməyib və bu məsələni müzakirə mövzusu belə etməyiblər.

Sabir Şahtaxtı, AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə