Polislər qəzaya uğradı Ölənlər var

Polislər qəzaya uğradı Ölənlər var

Türkiyənin Gümüşhanə şəhərindən vəzifəsini tamamlayaraq geri qayıdan polislər qəzaya uğrayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Sivasın İmranlı yaşayış məskəni istiqamətində baş verən qəzada 3 polis şəhid olub, 35 polis isə yaralanıb. Ərzincan – Sivas magistralında qeydə alınan qəzada yaralananlar dövlət xəstəxanasına yerləşdirilib. Yaralananlardan 6 polisin vəziyyətinin ağır olduğu bildirilir. Qəzaya uğrayan avtobusda isə 43 nəfərin olduğu deyilir. Vəfat edən 3 polis İmranlı Dövlət xəstəxanasının morquna aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə