Qəzzanın bərpa edilməsi üçün Qahirədə keçirilən ianə konfransında ABŞ 212 milyon dollar verəcəyini vəd edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsrail ilə Həmas arasında 50 gün davam edən münaqişədən sonra Qəzzanı yenidən tikmək üçün Fələstin hakimiyyəti ümumi olaraq 4 milyard dollar xahiş edir.
Müharibədə ən azı 100 000 Qəzza sakini evini itirib, ərazinin infrastrukturuna ciddi ziyan vurulub. Yeddi həftə davam edən münaqişədə 2100-dən çox fələstinli öldürülüb. Onların əksəriyyəti mülki şəxslər idi. İsraildə isə 66 əsgər və yeddi mülki şəxs ölüb.
Qahirədə keçirilən konfransda bir çox ölkələrdən olan nümayəndələr iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB