ABŞ-ın dövlət katibi Con Kerri Misirin paytaxtı Qahirəyə səfər edib. SİA-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, səfərin məqsədi yaxın günlərdə Qahirədə keçiriləcək və Qəzza zolağının bərpasına həsr olunmuş beynəlxalq konfransda iştirak etməkdir.
Konfransda 50-dən çox ölkənin nümayəndələri İsraillə Fələstinin "HƏMAS" qruplaşması arasında sonuncu qısamüddətli müharibədən sonra Qəzza zolağının gələcək aqibətini müzakirə edəcəklər.
Qeyd edək ki, İsrailin "HƏMAS"ın raket hücumlarını dayandırmaq məqsədilə iyulun 7-dən avqustun 26-dək həyata keçirdiyi "Məhvedilməz Qaya" adlı hərbi əməliyyatdan sonra Qəzza zolağı xarabalığa çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB