İranda polis təyyarəsində qəza: 7 ölü

İranda polis təyyarəsində qəza: 7 ölü

İranın cənub-şərqindəki Zahedan şəhəri yaxınlığında polis təyyarəsi qəzaya uğrayıb, nəticədə 7 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə ötən gün axşam saatlarında baş verib. Yüngül mühərrikli Turbo Commander təyyarəsi paytaxt Tehrandan havaya qalxıb. Təyyarənin göyərtəsində 3 nəfər ekipaj və istintaq idarəsinin rəisi daxil olmaqla, 4 sərnişin olub.

Xilasedicilər artıq qəza yerini aşkarlayıblar. Qəzanın səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə