Pakistanın Taliban qruplaşması qızların təhsilinə dəstək verdiyi üçün 2012-ci ilin oktyabr ayında başından vuraraq öldürməyə çalışdıqları Malala Yusufzaya Nobel Sülh Mükafatı verilməsini qınadıqlarını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qruplaşma Malalanı "kafirlərin agenti" adlandırıb. Pakistan Taliban qrupunun Camaat-ül Əhrar qolunun mətbuat katibi Ehsanullah Ehsan öz Twitter hesabında Malala Yusufzayın İslamı təmsil etmədiyini və İslam əlehdarlarına hücum edə biləcəkləri haqqında sözlər yazıb.
Qeyd edək ki, Nobel Sülh Mükafatına layiq görülən 17 yaşlı pakistanlı Malala Yusufzay mükfatı qazandıqdan sonra ABŞ prezidenti Barak Obama da daxil olmaqla bir çox siyasi liderdən, məşhurlardan təbrik mesajları alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB