17 yaşlı qız Nobel Sülh Mükafatı qazanıb

17 yaşlı qız Nobel Sülh Mükafatı qazanıb

Uşaq hüquqlarının təşviqi ilə bağlı işlərinə görə 17 yaşlı pakistanlı Malala Yousafzai və hindistanlı Kailash Satyarthi Nobel Sülh Mükafatı qazanıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Malala qlobal nüfuzlu mükafata layiq görülən ən gənc şəxsdir.

Münsiflər bildirib ki, Norveç Nobel Komitəsi qərara gəlib ki, uşaqlara və gənclərə qarşı edilən təzyiqlə mübarizdə və bütün uşaqların təhsil almaq hüquqlarının qorunmasındakı xidmətlərinə görə Kailash Satyarthi və Malala Yousafzai 2014-cü ilin Nobel Sülh Mükafatına layiq görülsünlər.

Komitə bildirib ki, Malala ən təhlükəli şəraitlərdə belə çalışıb. Göstərdiyi qəhrəmanlıqlardan sonra qızların təhsil hüquqları üzrə aparıcı mətbuat katibi seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə