Türkiyədə fövqəladə vəziyyətin vaxtı uzadılıb

Türkiyədə fövqəladə vəziyyətin vaxtı uzadılıb

İŞİD terror təşkilatının Suriyanın Kobani bölgəsinə hücumu ilə bağlı olaraq təşkil edilən icazəsiz mitinqlərdə 12 nəfər həyatını itirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Batman şəhərində mitinqə qatılaraq yaralanan 1 nəfər xəstəxanaya aparıldıqdan sonra vəfat edib. Şəhərin müxtəlif yerlərində keçirilən icazəsiz aksiyalarda 22 yaşlı Əmrah Dəmir ağır yaralanıb. Ümumilikdə Diyərbəkirdə 8, Siirtdə 2, Muşda 1, Batmanda 1 nəfər dünyasını dəyişib. Hadisələrlə bağlı olaraq Diyərbəkir şəhərində komendant rejiminin vaxtı uzadılıb.

Şəhər İcra Hakimiyyətindən verilən xəbərdə, 5442 saylı Şəhər İdarəsi Qanunun 11/C maddəsinə görə, mərkəzi Bağlar, Kayapınar, Sur, Yenişəhər qəsəbələri ilə Bismil, Silvan, Licə bölgələrində ortaya çıxa biləcək mitinqlərlə bağlı olaraq küçələrə çıxma qadağası gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə