İŞİD hədəfləri vurulub

ABŞ rəhbərliyi altında koalisiya ordusuna aid hərbi təyyarələr Suriyanın Kobani qəsəbəsindəki İŞİD mövqelərini yenidən bombalayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, koalisiya ordusu Hələbin Kobani qəsəbəsindəki iki nöqtəyə hava hücumu həyata keçirib. Hücum zamanı İŞİD-in zirehli maşın və mövqeləri hədəfə alınıb. Hava hücumunun ardından meydana gələn partlayış səsi Türkiyənin Suriya ilə həmsərhəd olan Suruç qəsəbəsində də eşidilib. Hazırda İŞİD ilə bəzi kürd qruplaşmalar arasında qarşıdurmalar davam edir.

Digər tərəfdən İraqda da əməliyyatlarını davam etdirən İŞİD ordusu Ənbər vilayətinin Hit qəsəbəsini muhasirəyə alıb. Ənbər Təhlükəsizlik İdarəsinin Polis rəisi Əhməd Saddak Əd Duleymi polis və əsgərlərə havadan silah sursat yardımı göndərildiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə