Dünya birincisi iqtisadi böhran keçirir

Dünya birincisi iqtisadi böhran keçirir

Avropanın ən çox turist cəlb edən nöqtəsi olan Paris Disneylənd maddi çətinliklərlə üzləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Euro Disney" adlı şirkətin sahib olduğu turizm bölgəsi üçün 1 milyard avroluq dəstək fondu qurulub. Parisdə yerləşən böyük parkı ilə tanınan Disneyləndin sahibi Euro Disney çətin günlər yaşadığını etiraf edib. Euro Disneyin ən böyük hissədarı "Walt Disney"dir. Əyləncə mərkəzinin 40 %-i bu şirkətə aiddir. Vəziyyətin belə davam edəcəyi təqdirdə yaxın zamanlarda Euro Disneyin dünya birjasından çıxarılması gözlənilir.

Qeyd edək ki, ayrılan 1 milyard avroluq yardımın 250 milyon avrosunun şirkətin nağd hesabına yatırılması gözlənilir. Digər hissəsinin isə Disneyləndlər üçün ehtiyat bazası kimi istifadə olunacağı planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə