ABŞ başkəsənin kimliyini müəyyənləşdirdi

Edamı icra edən "Cihadçı Con" olmaya da bilər
ABŞ başkəsənin kimliyini müəyyənləşdirdi

"ABŞ Islam Dövləti (İD) terror təşkilatının amerikalı və britaniyalı vətəndaşlarını edam edən silahlısının kimliyini müəyyənləşdirib". SİA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Mari Harf CNN-ə dabışarkən məlumat verib. "Biz hesab edirik ki, həmin adamın şəxsiyyətini müəyyənləşdirmişik və onu ələ keçirməkdə qərarlıyıq"-deyə qeyd edən departament rəsmisi onu da bildirib ki, buna baxmayaraq, "Cihadçı Con" ləqəbli terrorçu haqqında daha müfəssəl məlumat vermək fikrində deyillər: "Bir sıra səbəblər var ki, terrorçunun əsl adı ictimailəşdirilməsin. Lakin biz qəti olaraq bilirik ki, o kimdir. Onun şəxsiyyəti barədə lazım olan vaxt müvafiq informasiyalar veriləcək. Hazırda həmin informasiya bizim tərəfimizdən qorunur".

Digər tərəfdən, Dövlət Departamentinin rəsmisi daha bir ehtimalı da istisna etməyib. Belə ki, həmin ehtimalla bağlı deyib: "Edam videoyazısında görünən cəllad həqiqi olmaya da bilər. Britaniya vətəndaşınının kadrlar arxasında başqası tərəfindən öldürülməsi də mümkündür. Edam tam olaraq videoda göstərilmir. Ancaq bəlli olan budur ki, müəyyənləşdirdiyimiz adam bu olayda iştirakçıdır".

Xatırladaq ki, cümə günü İD internet vasitəsilə dördüncü girov – 47 yaşlı Böyük Britaniya vətəndaşı Alan Henninqi başının kəsilməsi ilə edam edib. Edam əsnasında kameraya bıçaqla görünən "Cihadçı Con" bəyan edib ki, girovun öldürülməsundə əsas günahı britaniyalı deputatlar daşıyırlar ki, onlar İD-in İraqdakı mövqelərinə avia və raket zərbələrinin endirilməsi üçün səs veriblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə