"Taliban" terror təşkilatı “ümumdünya islam xəlifəliyi” yaratmaq istəyir
"Taliban" terror təşkilatı İŞİD terror qruplaşmasına ABŞ-ın başçılıq elədiyi Qərb koalisiyasına qarşı qüvvələri birləşdirməyi və "ümumdünya islam xəlifəliyi" yaratmaq üçün birgə kampaniya aparmağı təklif edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Əfqanıstanda və Pakistanda fəaliyyət göstərən Taliban qrupunun müraciəti Qurban bayramı gününə təsadüf edib və müraciətdə deyilir: "Bizim qardaşlarımız, sizin qələbələrinizlə fəxr edirik. Biz sevincinizlə də, qəmlərinizlə də sizinlə bir yerdəyik".
Taliban sözçüsü həmçinin, düşmənlərin onlara qarşı birləşdiyi günlərdə hamını səbir və dözüm göstərməyə çağırıb: " Daxili ziddiyyətləri kənara qoyun. Dünyanın bütün müsəlmanları sizə böyük ümidlər bəsləyir. Biz sizinləyik. Biz sizə mücahidlər göndərə, hər cür köməklik göstərə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB