Pakistanın qərbində yerləşən Kvetta şəhərində terrorçu bazarda özünü partladıb, nəticədə azı 5 nəfər ölüb, 25 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölənlərdən biri qadın və biri uşaq, yaralananlardan isə 7-si uşaqdır.
Bundan əvvəl isə Pakistanın Heybər-Paxtunxva əyalətindəki Koxat şəhərində, avtobus dayanacaqlarından birində partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər ölüb, 17 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB