Latviyada respublika seyminə (parlament) seçkilərdə yerli vaxtla saat 20:00-də səsvermə başa çatıb. Səsvermə başa çatdıqdan sonra səslərin sayılmasına başlanılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, parlament (Seym) seçkilərində səsvermədəki bülletenlərin 70 faizi hesablandıqdan sonra "Razılıq" müxalifət partiyası 24,25 faiz səslə birinci yerdədir. "Birlik" iqtidar partiyası 20,68 faiz, "Yaşıllar" və Kəndlilərin İttifaqı Partiyası isə 20,36 faiz səs toplayıb.
Latviya Seymində 100 yer uğrunda 13 siyasi partiya və birlik tərəfindən irəli sürülən 1156 namizəd mübarizə aparıb.
MSK seçkilərin yekun nəticələrini və seymə seçilmiş deputatların siyahısını ümumiləşdirərək seçkilərdən sonra üç həftə ərzində bildirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB