Bayram günü də silahlar susmadı
İŞİD sözündə durmadı

İŞİD-lə kürd qüvvələr arasında bu gün də qarşıdurmalar baş verib.

Kobanini ələ keçirmək istəyən İŞİD 20 gün əvvəl başladığı hücumu davam etdirir. İŞİD hücumlarından qaçan suriyalılar isə Türkiyə sərhəddinə axışır. Terror qruplaşması hələ də şəhəri cənub və cənub-şərqdən mühasirədə saxlayır.

Suriyadakı səlahiyyətli nümayəndələr İŞİD və kürdlər arasında davam edən qarşıdurmanı Qurban bayramı günü dayandırmağı və atəşkəs elan etməyi tələb etsə də, tərəflər çağırışa əməl etməyib.

Qeyd edək ki, İŞİD bayramın ilk günü atəşkəs elan edəcəyini bildirsə də, vədinə xilaf çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə