Bu haqda informasiya Kremlin rəsmi saytında yerləşdirilib
Rusiya prezidenti Vladimir Putin Rusiyada yaşayan müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib. Bu haqda informasiya Kremlin rəsmi saytında yerləşdirilib.
"Qurban bayramı yüz illərdir ki, insanlarına daxili dünyasına sirayət edib, onlarda ali hisslər yaradıb. Bu da sonda cəmiyyətdə yaşayan insanların yaxınlaşması, mehribanlaşması ilə nəticələnir. Rusiyada yaşayan hər bir millətin dini baxışlarına və ənənələrinə hörmətlə yanaşırıq", - deyə Vladimir Putin bildirib.
Rusiya prezidenti ölkənin siyasi və iqtisadi həyatında müsəlmanların böyük rol oynadığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB