Qız bürcündən olanlar işə götürülmür

Qız bürcündən olanlar işə götürülmür

Çində bəzi iş sahibləri Qız bürcünün seçici, kompulsiv, dəcəl olduqlarını əsas gətirərək işə götürməkdən imtina edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çində iş sahibləri qapılarında "Qız bürcüdəsənsə iş üçün yaxınlaşma" elanını yapışdırıb. Çində əgər doğum gününüz 23 Avqust – 22 sentyabr arasındadırsa iş tapmaqda çətinlik çəkəcəksiniz. Çünkü, bu ölkədə bəzi şirkətlər təzə işçi almaq istədikləri zaman namizədlərin ulduz fallarına baxırlar. Dünyanın ikinci ən böyük iqtisadiyyatına malik ölkəsində iş verənlər bəzi bürclərin uğur gətirmədiyini bəhanə edərək işçiləri məyus edir.

Qeyd edək ki, Çində uğursuz bürc təkcə Qız hesab olunmur. Burada Balıq və Əqrəb bürclərinin nümayəndələri də əziyyət çəkirlər. "New Republic" adlı yerli qəzet Honkonqda turizm agentliyinin Əkizlər, Tərəzi və Dolça bürcündən olan işçi axtardığını elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə