İŞİD-ə qarşı koalisiya genişlənir

İŞİD-ə qarşı koalisiya genişlənir

ABŞ-ın İŞİD-ə qarşı başladığı hərbi əməliyyatlara qatılan və dəstək verən ölkələrin sayı getdikcə artır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, koalisiyanın İŞİD-ə qarşı keçirdiyi əməliyyatlarda 300-dən artıq hədəfə havadan zərbələr endirilib. Bu zərbələrdən 230-nun İraqda, 76-nın isə Suriyadakı nöqtələrə vurulduğu bildirilib. Əməliyyatlarda ABŞ-ın F-22 reaktiv təyyarələri ilə Tomahavk raketləri istifadə olunub. Amerikanın hava hücumları zamanı hər gün üçün 7 – 10 milyon dollar xərclədiyi qeyd edilib. Təkcə avqust ayında reaktiv təyyarələrin İŞİD-ə qarşı əməliyyatlarda 3800 uçuş həyata keçirdiyi və bunların 700-nün kəşfiyyat xarakterli olduğu vurğulanıb. ABŞ Konqresi Suriyada Əsədə qarşı çıxanları təlimə cəlb etmək və onların silahlarla təchiz edilməsi üçün 500 milyon dollara göz yumulduğunu təsdiqləyib.

Qeyd edək ki, bu günə qədər kolasiyaya Fransa, İngiltərə, Avstraliya, Belçika, Danimarka, Norveç, Kanada, Almaniya, Səudiyyə Ərəbistan, Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Yaponiya, Şimali Koreya, Tayvan və Sinqapur dəstək verir.

Bütün xəbərlər Facebook səhifəmizdə