Liviyanın qərbindəki Bengazi şəhərində patlayışların ardından yaşanan qarşıdurmalarda həyatını itirənlərin sayı 36 nəfərə çatıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Liviyada xüsusi ordu birləşməsindən verilən məlumatda Bengazidə yerləşən Benin hava hücumundan qorunma mərkəzi yaxınlığında patlayışların törədildiyi bildirilib. Hadisələrin kəskinləşməsindən sonra qarşıdurma yaşanıb və atışmalarda 80 nəfər yaralanıb, 36 nəfər isə həlak olub. Hadisə yerinin yaxınlığında yerləşən Mərac xəstəxanasının nümayəndələri bildiriblər ki, partlayışlar nəticəsində xəstəxanaya 13 nəfərin meyiti və 70 yaralı gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB