NATO-nun yeni Baş Katibinin ilk ziyarətləri məlum olub

NATO-nun yeni Baş Katibinin ilk ziyarətləri məlum olub

NATO-nun yeni Baş Katibi Stoltenberq ilk ziyarətini Türkiyə və Polşaya edəcəyini açıqlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, NATO-nun yeni seçilən Baş Katibi Jens Stoltenberq vəzifəsini Anders Goq Rasmussendən üstlənib.

NATO-dakı ilk günündə Şimali Atlantika Şurasına qatılan və sonda mətbuat konfransı keçirən Stoltenberq ilk ziyarətini Türkiyə və Polşaya edəcəyini açıqlayıb. Stoltenberq NATO-nun bünövrəsinin toplumun mühafizəsinə dayandığını və hücumun olacağı təqdirdə ümumi müdafiənin Türkiyə də daxil olmaqla hər bir ittifaq üzvü üçün həyata keçiriləcəyindən şübhə edilməməsi gərəktiyini vurğulayıb. Yeni Baş Katib bu əsasla da Türkiyəyə gətirilən Patriot batareyalarının burada saxlanmasını planladıqlarını ifadə edib. Türkiyəyə səfəri zamanı Suriyadakı vəziyyəti dəyərləndirəcəklərini bildirən Stoltenberq Türk əsgərlərinin hücuma məruz qalacaqları təqdirdə NATO-nun hansı addım atacağını bildirməkdən çəkinib.

Bütün xəbərlər Facebook səhifəmizdə