Fransada mədəniyyət və incəsənət işçiləri işsizlik qanunundaki müəmmaların ortadan qaldırılması tələbi ilə ölkənin bir çox nöqtəsində aksiya həyata keçirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Paris, Lion, Bordo, Montpeller, Poyters və Ren şəhərlərinin də daxil olduğu 15 şəhərdə həyata keçirilən kütləvi aksiyalarda, dövlətin işsizlik siğortası ilə bağlı planındakı müəmmalı maddələrin ortadan qaldırılması tələb edilib. Parisdəki Məşğulluq Nazirliyinin qarşısında bir yerə gələn yüzlərlə aksiyaçı "kəmər sıxma politikasına qarşı birlik olaq, 10 işsizdən 6 nəfərinə məvacib ödənmir, bu skandaldır" şüarları ilə Mədəniyyət Nazirliyinə qədər yürüyüş keçiriblər.
Qeyd edək ki, Fransada incəsənət və şou dünyasında işləyən işçilərə işsizlik maaşı ödənir. Ölkədə 100 mindən artıq incəsənət nümayəndəsini əhatə edir. İncəsənət nümayəndələrinə "incəsənət və mədəniyyəti yaşatdıqlarına görə" digər işsizlərdən fərqli olaraq iki qat işsizlik maaşı verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB