ABŞ-dan İsrailə çox sərt xəbərdarlıq

ABŞ-dan İsrailə çox sərt xəbərdarlıq

ABŞ İsrailin Şərqi Qüdsdəki Fələstin xalqına aid ərazilərə sahiblənməsini çox sərt tənqid edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ höküməti İsrailin Fələstinlilərə aid 5 hektarlıq bir əraziyə sahiblənməsini qınayaraq, belə davam edəcəyi təqdirdə vəziyyətin heç də İsrail dövləti üçün yaxşı olmayacağını bildirib. İsrail dövlətinə edilən xəbərdarlıqda, hakimiyyətin bu hərəkətlərinin onu ən yaxın müttəfiqlərindən belə uzaqlaşdıracağı və Fələstinlilərlə barış istiqamətindəki çalışmalarını da ləkələyəcəyi mesajı verilib. Ağ ev nümayəndəsi Coş Ernest mətbuat konfransında məsələnin sualına qarşılıq olaraq, ABŞ-ın İsrailin Qüdsdəki bu həssas bölgəyə qarşı planlarını sürətləndirdiyi xəbərlərindən narahatlıq duyduğunu ifadə edib. Gələcəkdə bu bölgədə İsrail tərəfinin bina inşasını davam etdirməsi təqdirində isə, narahatlığın daha da artacağı qeyd edilib.

Ernest həmçinin vurğulayıb ki, Qüdsdə cərəyan edən hadisələr İsraili sadəcə Fələstinlilərdən uzaqlaşdırmayacaq. Netanyahunun hərəkətləri artıq İsraili Ərəb dünyası ilə də düşmənçilik səviyyəsinə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə