İngiltərə Kraliyət Sarayı saqqızla mübarizə aparır

İngiltərə Kraliyət Sarayı saqqızla mübarizə aparır

İngiltərə Kraliyət ailəsindəki bir arayış marağa səbəb olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Kraliça II Elizabetin kraliyətə ait malikanələrdəki saqqız ləkələrini təmizləmək üçün təcrübəli xadimə axtardığı ortaya çıxıb. Axtarılan xadimənin isə illik maaşı 30 min dollar olacağı bildirilib. Kraliyət sarayının rəsmi internet səhifəsində yayınlanan iş elanlarında, işə götürüləcək xadimənin dövlətə aid tarixi tikililərdə parketlərə və mebellərə yapışdırılan saqqızları təmizləməsinə ehtiyac olduğu yayınlanıb. Təmizlənəcək yerlərin siyahısında tarixi Bukinham Sarayı da var. Saraydan verilən açıqlamada ziyarət edənlərin saqqız tulladıqları və bunun təmizlənməsinə ehtiyac duyulduğu deyilib.

Məlumat üçün bildirək ki, Kraliyət sarayını ildə 250 min nəfər ziyarət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə