Obama yenidən gündəmdə

ABŞ prezidenti Barak Obamanın Atlantaya ziyarəti zamanı haqqında 3 dəfə məhkumluq qərarı elan edilən silahlı bir şəxslə eyni liftə mindiyi ortaya çıxıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ-ın "toxunulmaz qalası" olan Ağ Evin qorunması ilə bağlı söhbətlərin səngimək bilmədiyi bu günlərdə, prezident Barak Obamanın Atlantada cani ilə birliktə liftə minməsi yenə fikirləri qarışdırıb. "The Washington Examiner" və "The Washington Post" qəzetləri bu xəbəri manşetlərində yayımlayıb. Xəbərlər adlarının açıqlanmaysını istəməyən 3 şahidin ifadələri əsasında yayılıb. Hadisə ilə bağlı Obamaya məlumat verilmədiyi bildirilir. Hadisənin araşdırılması Ağ evin servis direktoru olan Julia Pirsona həvalə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə