Honkonqda demokratiya tərəfdarlarının nümayişi artıq 5-ci gündür ki, davam edir. Çin hakimiyyətinə qarşı həyata keçirilən ən böyük mitinqin necə nəticələnəcəyinə dair fikir ayrılığı davam edir. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, nümayişlərin yaşandığı ölkədə Pekin idarəçiliyi bu gün milli bayram olan Çin Xalq Respublikasının 65-ci ildönümünü qeyd edir. Bəzi nümayişçilər sabahdan etibarən ölkə hakimiyyəti tərəfindən nümayişin dağıtmağa cəhd edəcəklərindən ehtiyat etdiklərini bildiriblər.
"Dövlət milli bayramı kabusa çevirmək istəmir, bu səbəblə son bir neçə gündür sükut davam edir. Bu gündən etibarən polisin yenidən səhnəyə çıxmasından ehtiyat edirik" - deyə Demokratiya tərəfdarı Sosial Demokratlar Birliyinin sədr müavini Rafael Vong açıqlamasında deyib.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB