Ukraynanın şərqində atəşkəs yalnız kağız üzərində qüvvədədir. Son 2 gün ərzində xüsusən Donetsk hava limanı uğrunda gedən döyüşlər itkilərlə yadda qalıb. Ukrayna Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, sonuncu döyüşlərdə 9 ukraynalı desant həlak olub, 27 hərbi qulluqçu yaralanıb.
Qurumun sözçüsü Andrey Lısenko deyib ki, aeroport yaxınlığında desantları daşıyan zirehli hərbi maşının separatçılar tərəfindən vurulması nəticəsində 9 əsgər həlak olub. Amma hazırda Donetsk aeroportu Ukrayna qüvvələrinin nəzarətindədir.
Ukraynanın Donbas regionunun digər bölgələrində kiçik insidentlər qeydə alınsa da, ümumilikdə atəşkəsə riayət olunur. Atışmalara baxmayaraq, kommunal xidmətlərinin normal rejimdə işlədiyi qeyd olunur. Ötən gün 30 Ukraynalı hərbi qulluqçunun da əsirlikdən azad olunduğu xəbər verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB