Hüsni Mübarək barəsində hökm təxirə salındı

Hüsni Mübarək barəsində hökm təxirə salındı

Qahirə Cinayət Məhkəməsi Misirin sabiq prezidenti, 2011-ci il "25 yanvar" Misir inqilabı günlərində nümayişçilərin həlak olmasında təqsirləndirilən 86 yaşlı Hüsni Mübarək barəsində hökmün elan edilməsini noyabrın 29-una qədər təxirə salıb. Rəsmi məlumatlara görə, o vaxt 750 nəfər həlak olub.
Məhkəmə prosesində cavabdeh qismində ölkənin sabiq liderindən başqa, Mübarəkin iki oğlu, Misir Daxili İşlər Nazirliyinin sabiq rəhbəri Həbib əl-Ədli və onun 6 nəfər köməkçisi də çıxış edir.
Xatırladaq ki, Misirin sabiq rəhbəri özü ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə