Yaponiyanın Naqano əyalətində Ontake vulkanı püskürməyə başlayıb. Yanğınsöndürmə İdarəsi səkkiz nəfərin zərər çəkdiyini bildirir. Onlardan biri xəstəxanaya yerləşdirilib. Ölkənin Baş nazirinin iqamətgahında böhran üzrə qərargah yaradılıb.
Bundan əlavə, dörd alpinistin də vulkan külü altında qaldığı barədə məlumat yayılıb. Onlardan birini xilas etmək mümkün olub. Hazırda digərlərinin xilas edilməsi məqsədilə əməliyyat tədbirləri görülür. Xilasedicilərin verdiyi məlumata görə, daha bir nəfər itkin düşüb.
Vulkanın beş ballıq cədvəl üzrə üçüncü dərəcəli olduğu bildirilir. Alpinistlərə yaxın vaxtlarda dağa qalxmağı dayandırmaq barədə xəbərdarlıq göndərilib. Yerli televiziya kanallarının yaydığı məlumata əsasən, vulkanın krateri üzərində hündürlüyü bir neçə min metr olan kül dumanı qalxır. Lakin buna baxmayaraq yerli hakimiyyət orqanları aviareyslərin uçuşu barədə qadağa tətbiq etməyiblər.
Tokiodan 200 kilometr məsafədə yerləşən Ontake vulkanının sonuncu dəfə 2007-ci ildə püskürdüyü bildirilir.
Vüqar Ağayev, AzərTAc
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB