Məktəbdə izdiham: 6 şagird öldü

Ölənlərin 6-7 yaşı olduğu bildirilir
Məktəbdə izdiham: 6 şagird öldü

Çində məktəblərdən birində baş vermiş izdiham zamanı 6 uşaq həyatını itirib. Hadisə Çinin Kunminq şəhərində baş verib. Şagirdlərin məktəbdə pilləkənləri qaça-qaça aşağı düşməsi nəticəsində uşaqlardan bəziləri pilləkənlərdən aşağı mərtəbələrə düşüb.

Bəzi şagirdlər isə izdihamda ayaqlar altında qalıb. İzdiham zamanı 6 uşaq ölüb, 22-si yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Ölən 6 uşağın 1-ci və 2-ci sinif şagirdləri olduğu bildirilir.

Hadisə ilə bağlı polis araşdırmalara başalyıb.

Bütün xəbərlər Facebook səhifəmizdə