1994-cü ildən dünyada uzunömürlülük artıb, ana ölümlərinin sayı 50% azalıb, 1 milyardadək insan səfalətdən çıxa bilib. SİA-nın məlumatına görə, bunu BMT baş katibi Pan Gi Mun BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxış edərkən deyib.
O qeyd edib ki, son 20 ildə insanların sağlamlığının yaxşılaşdırılması istiqamətində yaxşı nəticələr əldə olunub. Bununla belə Pan Gi Mun dünyada hər gün 800-dək qadının hamiləlik nəticəsində və doğuş zamanı öldüyünü unutmamağa çağırıb. Onun sözlərinə görə, hər il inkişafda olan ölkələrdə 8,7 mln. gənc qızlar abort edirlər.
BMT hesabatlarına əsasən, 1994-cü ildə Qahirədə keçirilmiş beynəlxalq konfransdan bəri yeni doğulan uşaqların sayında azalma müşahidə olunub. 2011-ci ilin sonunda dünya əhalisinin sayı 7 milyardı keçib. Ekspertlərin fikrincə, 2030-cu ildə dünya əhalisinin sayı 8,4 milyarda çatacaq.
Avropa, Asiya və Cənubi Amerika ölkələrindən fərqli olaraq Afrika ölkələrində və bəzi Asiya dövlətlərində gənc insanların sayının artmasında rekord göstəricilər qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB