Pakistanda təbii fəlakət xeyli can aldı

Pakistanda təbii fəlakət xeyli can aldı

Pakistanın Pəncab əyalətində güclü daşqınlar nəticəsində 20-dən çox insan ölüb. SİA-nın məlumatına görə, ölkənin şimal və şimal-şərq rayonlarında davam edən təbii fəlakət ümumilikdə 346 nəfərin həyatına son qoyub. Xilasetmə əməliyyatlarına ordu qüvvələri də cəlb edilib.

Sakinlər təbii fəlakət zonasından hərbi helikopterlər və katerlər vasitəsilə ilə də təxliyyə olunur. Daşqınlarda ümumilikdə, 1,7 milyon insanın ziyan çəkdiyi bildirilir. Tibb məntəqələrinə 300 mindən çox insan müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə