Senator Obamanı qanunları pozmaqda İTTİHAM ETDİ

Senator Obamanı qanunları pozmaqda İTTİHAM ETDİ

Respublikaçılar Partiyasından olan senator Rend Pol prezident Obamanı sərt şəkildə tənqid edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, siyasətçi ABŞ prezidentinin konstitusiyanı dəfələrlə pozduğunu iddia edib. Pol bildirib ki, Obama səhiyyə islahatlarında, eləcə də ölkəni təhdid edəcək xarici hədəfləri vurmaqda təkbaşına qərarlar qəbul edib.

"Obama ilk növbədə Konqreslə məsləhətləşmələr aparmalı idi", - deyə bildirən senator həmçinin qeyd edib ki, ABŞ prezidenti miqrasiya islahatlarında da bu kimi addımlar atıb. Nəticədə milyonlarla qanunsuz miqrant ABŞ vətəndaşlığı alıb: "Bu amil bizim dövlət üçün ciddi təhlükələr törədə bilər və biz hər şeyə əl ataraq gələcəkdə qanun pozuntularının qarşısını almağa çalışmalıyıq. Obama ölkədə qanunsuzluq atmosferi yaradıb".

Qeyd edək ki, noyabrda ABŞ-da Nümayəndələr Palatasına və Senata seçkilər keçiriləcək. "Los Ageles Times" nəşrinin yazdığına görə, böyük ehtimalla həmin seçkilərin nəticəsində respublikaçılar Konqresin hər iki palatasında üstünlük əldə edəcəklər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə