Kiyev rəhbərliyi ilə tanınmamış Donetsk Xalq Respublikasının rəhbərliyi arasında aparılan danışıqlardan sonra tərəflər əsirlərin dəyişdirilməsi prosesinin davam olunması razılığına gəliblər. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün də həmin proses reallaşacaq.
"DXR"-in əsirlərin dəyişdirilməsi üzrə nümayəndəsi mətbuata açıqlamasında deyib ki, hələlik söhbət Kiyevin onlara təhvil verəcəyi 24 nəfərdən gedir. Əgər danışıqlar uğurlu davam edərsə, daha üç nəfər onlara veriləcək.
Qeyd edək ki, proses dünən də baş tutub. Hər iki tərəf 38-in 38-ə formulası üzrə hərəkət edərək, əsirləri dəyişməyə müvəffəq olub. Prosesə ATƏT-in missiyası nəzarət edir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB