"DXR" pul əskinaslarını çap edir FOTO

"DXR" pul əskinaslarını çap edir FOTO

Qondarma Donetsk Xalq Respublikasının separatçıları nəzarət etdikləri bölgələrdə çap etməyə hazırlaşdıqları əskinasların şəkillərini yayıblar. SİA Ukrayna mənbələrinə istinadən xəbər verir ki, bir çervonets banknotunda Donetskdə anadan olmuş Rusiya hidroqrafı və səyahətçisi Georgi Sedovun şəkli yer alacaq.

Digər əskinaslar üzərində isə bəstəkar Prokofyevin, general Denikinin, Böyük Vətən Müharibəsi generalları Vatuninin, Kovpakın, Lelyuşenkanın, Kojedubun, Rıbalkanın, eləcə də aktyor Leonid Bıkovun, həmçinin Aleksey Staxanovun şəkillərinin yer alması təklif olunub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə