Şotlandiyada lokal qarşıdurmalar davam edir

Polis həbslərə başlayıb
Şotlandiyada lokal qarşıdurmalar davam edir

Baxmayaraq ki, Şotlandiyada müstəqillik referendumunun nəticələri çoxdan bəlli olub, regionun böyük şəhərlərindən olan Qlazqoda müstəqillik tərəfdarları ilə əleyhdarları arasında lokal toqquşmalar davam edir. SİA-nın əldə etdiyi xəbərə görə, qarşıdurmalar daha çox gecə saatlarında baş verir.

Polis qaynar nöqtələri ciddi nəzarətə alsa da, artıq toqquşmalar Qlazqonun ətrafına da sıçrayıb.

Bütün bu baş verənlər poilisin həftənin cümə günü Corc-skverdə apardığı həbslər fonunda davam etməkdədir. Həmin gün polis 6 nəfər aksiya iştirakçısını həbs etmişdi.

Qeyd edək ki, Şotlandiya hökumətinin başçısı referendumdan sonra istefaya gedəcəyini açıqlayıb. ABŞ, Avropa İttifaqı və NATO isə Şotlandiyanın referendum nəticəsində Böyük Britaniyanın tərkibində qalmasından məmnunluqlarını bildiriblər. Devid Kemeron isə söz verib ki, onun hökuməti Şotlandiyaya daha böyük imtiyazlar verməyə hazırlaşır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə