"İtirməyə vaxt yoxdur, İŞİD-ə qarşı mübarizə gücləndirilməlidir"
Fransadan İŞİD bəyənatı

Britaniyalı könüllünün İŞİD terrorçu qruplaşması tərəfindən başı kəsiləndən sonra rəsmi London hərəkətə keçdi. Avropa liderləri amerikalı müttəfiqləri ilə bir masada oturub, İŞİD təhlükəsini müzakirə ediblər. Amma onlar İraq və Suriyanın qonşusu olan İranla bu məsələdə dil tapa bilməyiblər.

SİA-nın anstv-yə istinadən verdiyi məlumata görə, Fransada 30 dövlətin nümayəndəsinin iştirakı ilə İŞİD-ə qarşı mübabirəzəyə həsr olunmuş konfransda Fransa prezidenti Fransua Olland bəyanat verib. O, "artıq itirməyə vaxt yoxdur" deyərək qlobal təhlükə saydığı İŞİD-ə qarşı mübarizənin də qlobal olduğunu vurğulayıb. Konfransın yekununda İraqa müvafiq hərbi yardım göstərilməsi barədə bəyannamə qəbul edilib.

"İraq xalqının terrorçulara qarşı mübarizəsi həm də bizim mübarizəmizdir, biz birgə fəaliyyət göstərməliyik. Bu konfransın məqsədi məhz budur. Biz hər cəhətdən İraq hökumətinin yanında olmalıyıq və artıq itirməyə vaxtımız yoxdur", deyə Fransua Olland bildirib.

Bir neçə gün əvvəl İŞİD-ə qarşı mübarizə koalisiyasının yaradılması təklifinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi müdaxiləyə qarşı olduğunu bildirmişdi. Bu gün isə İranın ali dini lideri, Ayətulla Əli Xamneyi, Qərbin bu cəhdini "mənasız" adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə