Sabah Fransanın paytaxtı Parisdə İŞİD-ə qarşı atılacaq addımları müzakirə etmək üçün "İraqda sülh və təhlükəsizlik" adlı beynəlxalq konfrans keçiriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İŞİD-ə qarşı mübarizə planının müzakirə ediləcəyi konfransa 30 ölkənin əlaqədar naziri qatılacaq.
Konfransda İŞİD-in maliyyə qaynaqlarının dondurulması, sərhədlərin təhlükəsizliyi və İŞİD-in törətdiyi əməllərdən zərər çəkən sakinlərə ediləcək humanitar yardımlar məsələləri də gündəmə gətiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB