Perunun cənubunda, Kusko bölgəsinə dini bayramlardan birini qeyd etmək üçün gedən sakinləri daşıyan sərnişin avtobusu Apurimac bölgəsində And dağlarının ən təhlükəli nöqtəsi olan Pukio-Çalhuancada yoldan çıxaraq 200 metr dərəyə yuvarlanıb. SİA-nın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, sərnişin avtobusunun aşması nəticəsində 5-i uşaq 20 nəfər ölüb, 11 nəfər isə ağır yaralanıb.
Qəzanın səbəbləri araşdırılır.
Qeyd edək ki, yolların bərbad olduğu Peruda ölümlə nəticələnin qəzaların sayı durmadan artır. Təkcə, keçən il baş verən qəzalarda 2500 nəfər ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB