Kamerun hökuməti Boko Haram qruplaşmasına gözlənilməz zərbə vurub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Kamerunun rabitə naziri İssa Tchiroma məlumat verib. Nazirin sözlərinə görə, Boko Haram təşkilatının döyüşçüləri ölkənin şimalında, Nigeriya ilə sərhəddə yerləşən Fokol ərazisinə raket atıblar.
Kamerun ordusu bu hücuma havan topu ilə cavab verib və bundan sonra keçirilən əməliyyatlarda 100 nəfər öldürülüb. Qrupun sağ qalan üzviləri isə Kamerun-Nigeriya sərhədindən uzaqlaşmaq məcburiyyətində qalıblar.
Onu da qeyd edək ki, bundan əvvəl də Kamerun-Nigeriya sərhədindəki Fokol ərazisində Kamerun ordusu ilə Boko Haram üzviləri arasında bir neçə dəfə qarşıdurma baş vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB