28,2 trilyon dollarlıq iqtisadiyyatı ilə
"IHS Economics" şirkətinin hesabatına görə, Çin 2024-cü ildə 28,2 trilyon dollarlıq iqtisadiyyatı ilə ABŞ-ı geridə qoyacaq. Çinin 2024-cü ilədək dünyanın ən böyük iqtisadiyyatına malik olacağı proqnozlaşdırılır. "IHS Economics"in hesabatına görə, qarşıdakı 10 il ərzində Çin istehlakdakı artımı balanslaşdıraraq yerli iqtisadiyyatın quruluşunu yenidən formalaşdıracaq.
Hesabatda istehlak xərcləməsindəki artımın Çinin nominal milli gəlirinin hazırkı 10 trilyon dollarlıq səviyyədən 2024-cü ildə 28,25 trilyon dollara yüksəldəcəyi gözlənilir. Bu göstəricinin həmin vaxt ABŞ üçün 27,31 trilyon dollar olacağı proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB