Əfqanıstanda Taliban terrorçularına qarşı aparılan əməliyyatlar zamanı 44 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi açıqlama verib. Məlumata görə, son 24 saatda Kunar, Bağlan, Kunduz, Qəndəhar, Vardan, Qəznə, Host, Helmand və Nimroz şəhərlərində Əfqanıstan ordusunun keçirdiyi əməliyyatlar nəticəsində 35 terrorçu öldürülüb, 6 nəfər yaralanıb, həmçinin 6 Taliban üzvü girov götürülüb.

Aparılan əməliyyatlarla bağlı məlumat verən Müdafiə Nazirliyinin sözçüsü Zahir Əzmi deyib ki, Taliban tərəfindən təşkil edilən hücumlarda 6 əfqan əsgəri ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə