Avropa Birliyi (AB) Rusiya şirkətlərinə yeni sanksiyalar tətbiq edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Birliyin budəfəki sanksiyaları Rusiyanın neft, müdafiə sənayesi, hərbi və mülki məqsədlər üçün ikitərəfli məhsul istehsal edən şirkətlərə şamil olunacaq.
Belə ki, sanksiyaların tətbiq olunacağı şirkətlərin siyahısında "Qazprom neft", "Transneft", və "Rosneft", rus ordusuna silah istehsal edən "Sirius", "Kalaşnikov" və "Stankoinstrument" və digər şirkətlər də var.
Yeni sanksiyalar Rusiyanın xarici ölkələrdə fəaliyyət göstərən, müdafiə şirkəti olaraq bilinən "Oboronprom", təyyarə istehsalı ilə məşğul olan "OAK", "Uralvagonzavod" və digər şirkətlər üçün də nəzərdə tutulub.
AB-nin qərarına görə, sözügedən şirkətlər AB tərəfindən 30 gün müddətində kredit ala bilməyəcəklər.
Qeyd edək ki, bundan əvvəl Qərb Rusiyanın banklarına qarşı sanksiya tətbiq etmişdi. Belə ki, sanksiyalara görə, bəzi banklar 90 gün müddətində kredit ala bilmirdilər. Bu bankların arasında "Sberbank", "VTB", "Gazprombank", "Vneşekonombank" və "Rosselhozbank" kimi bir neçə bank var idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB