Televiziya rəhbəri azərbaycanlı merin öldürülməsində İTTİHAM OLUNUR
Ukraynanın Kremençuq şəhərinin azərbaycanlı meri Oleq Babayevin öldürülməsi ətrafında aparılan əməliyyat axtarışı nəticəsində şəhərdə fəaliyyət göstərən yerli televiziyanın direktoru həbs olunub. SİA Ukrayna mətbuatına istinadən xəbər verir ki, həbs olunan şəxs "Vizit" TV-nin rəhbəri Aleksandr Melnikdir. Məlumatda qeyd edilib ki, Melnikin həbsi bu gün səhər saatlarına baş verib və hazırda onun evində axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, azərbaycanlı merin öldürülməsi faktına görə, dörd nəfər şübhəli şəxs həbs olunub. Həbs olunanlar arasında sui-qəsdi sifariş edənlə qətli törədən arasında əlaqə yaradan şəxs də var. O, "Korrupsiya ilə mübarizə" adlı ictimai təşkilatın sədri Aleksandr Krıjanovskidir.
Kremençuq şəhərinin meri Oleq Babayev iyulun 26-da sui-qəsd nəticəsində qətlə yetirilib. Onun maşınına avtomat silahdan atəş açılıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB