Komandirlər gənc zabitlərlə əvəzlənir

Komandirlər gənc zabitlərlə əvəzlənir

Ukraynada separatçılara qarşı əməliyyatlarda mübarizə aparan 6 yüksək rütbəli komandiri gənc zabitlər əvəz edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın müdafiə naziri Valeriy Geletey açıqlaması zamanı deyib.

O bildirib ki, yerdəyişməyə səbəb müdafiə olunmaqdır: "Ukraynanın şərqində separatçılara qarşı aparılan mübarizə artıq sona çatıb. Bundan sonra əsas məsələ Rusiyaya qarşı müdafiə olunmaqdır. Ukraynada separatçılara qarşı əməliyyatlarda mübarizə aparan 6 yüksək rütbəli komandirin gənc zabitlərlə əvəz edilməsi də bu məqsədə xidmət edir".

Geletey əlavə edib ki, indiyə qədər separatçıların işğal etdikləri torpaqların geri alınması həmçinin digər bölgələrin işğal edilməməsi üçün lazımi tədbirlər görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə