Rufiz Qonaqov: “Erməni xalqı hazırki rejimdən bezib”

"Ermənistan sosial partlayış ərəfəsindədir, insanların maddi rifah halı o qədər acınacaqlıdır və o qədər dözülməzdir ki, bu ölkəni böyük fəlakətlər gözləyir. Son üç həftə ərzində bu üçüncü işsizlik aksiyasıdır. Erməni xalqi hazirki rejimden bezib. Xalq yoxsulluq ve fəlakət içərisindədir. Xalq daha erməni quldur rejiminin əsarəti içərisində yasamaq istəmir. Yoxsulluq erməni xalqini pis vəziyyətə salib. Ermənistan butun regiondaki proyektlerden kənarda qalıb. Xalq iqtidar tərəfindən daim aldadılır". Bu fikirləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin ( BMAM) rəhbəri Rufiz Qonaqov bildirib.

Bir neçə gündür ki, Eürmənistanın paytaxtı Yerevanda on minlərlə insanın kütləvi aksiyalar keçirməsinə münasibət bildirən R.Qonaqov qeyd edib ki, Ermənistan büdcəsi talanmış vəziyyətdədir, ölkədə mafioz rejim mövcuddur, qiymətlər od tutub yanır, özbaşınalıq pik həddədir: "Orduda isə vəziyyət daha dözülməzdir. Valideynlər övladlarını hərbi xidmətə göndərmirlər, çünki övladları orada dedovşinaya, zora məruz qalır, zabitlər tərəfindən işgəncəyə tab gətirə bilməyərək öldürülürlər. İnsanlar işlədiyi müəssisələrdən səbəbsiz formada uzaqlaşdırılır. Məhz bütün bunlar Ermənistandakı vəziyyəti daha da dözülməz edəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə