Perunun paytaxtı Limada polisin həyata keçirdiyi əməliyyat nəticəsində 8,5 ton narkotik maddə sayılan kokain ələ keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, narkotik vasitənin keçirilməsində şübhəli bilinən 6 Peru, 2 Meksika vətəndaşı saxlanılıb.
Perunun daxili işlər naziri Daniel Urrestinin sözlərinə görə, narkotik maddə İspaniya və Belçikaya göndərilərkən polisin həyata keçirdiyi əməliyyat nəticəsində ələı keçirilib.
Qeyd edək ki, Peru 2012-ci ildən etibarən dünyanın ən çox narkotik istehsalçısı sayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB