Ərdoğan 4 azərbaycanlıya diplom verdi FOTOLAR

Ərdoğan 4 azərbaycanlıya diplom verdi FOTOLAR

Türkiyədə Hərbi Hava Qüvvələri məktəbinin tələbələrinin məzun olması münasibətilə mərasim keçirilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, buraxılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan,baş nazir Əhməd Davudoğlu, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, milli müdafiə naziri İsmət Yılmaz və digərləri iştirak ediblər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mərasim zamanı Hərbi Hava Qüvvələri məktəbini başa vuran tələbərə diplomlar verib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məktəbi başa vuranlardan 4-ü azərbaycanlı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə